- Baxış sayı: 21
- 21 Noyabr 2024 20:47
- Baxış sayı: 102
- Noyabr 19, 2024
- 0
“Legiya” Mahir Əmrəli ilə bağlı bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, mətndə millimizin üzvünün müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu vurğulanıb:
“Nəzərinizə çatdırırıq ki, Mahir Əmrəlinin müqaviləsi var və o, klubun oyunçusudur. “Legiya” dəfələrlə futbolçunu kluba qayıtmağa və müqavilə üzrə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb və ona lazım olan bütün dəstəyi təklif edib.
Klub Əmrəli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub onların məxfiliyini və danışıqların yaxşı tərəflərini nəzərə alaraq, onların məzmununu və nəticələrini açıqlamayacaq”.