“Legiya”nın azarkeşlərini İngiltərədə stadionuna buraxmadılar. İğtişaşda 3 polis yaralandı

Konfrans liqasının qrup mərhələsində “Aston Villa” – “Legiya” matçından (2:1) əvvəl baş verən iğtişaşlarda 3 polis əməkdaşı xəsarət alıb. Allsport.az saytı xəbər verir ki, polis Polşa klubunun azarkeşlərini stadionun yaxınlığında yaratdığı geniş iğtişaşlardan sonra stadiona buraxmayıb.

Münaqişə biletlərin paylanması ilə bağlı fikir ayrılıqları səbəbindən yaranıb. “Legiya” düşərgəsindən yayılan xəbərə görə, “Aston Villa” UEFA-nın müəyyən etdiyi oyun üçün buraxılış sayını (2100 – stadionun tutumunun 5 faizi) ayırmaqdan imtina edib. Bundan sonra tərəflər danışıqlar aparıb 1700 bilet haqqında razılığa gəliblər. Bu təklif rəsmi olaraq qəbul edilib və UEFA nümayəndəsinin hesabatında lazımi qaydada sənədləşdirilib.

Daha sonra müqavilənin yenidən müzakirəsi ilə bağlı “Legiya”ya məlumat verilib. Nəticədə, biletlərin sayı 890-a endirilib. O vaxtdan bəri Varşava klubu dəfələrlə qaydalara və razılaşmaya əməl etməyə çağırıb, həmçinin oyuna əvvəlcədən nümayəndələrini göndərib. Danışıqların məqsədi ancaq bu müvəffəqiyyətli bir şəkildə idarə oluna bilməyib.

Mənbənin məlumatına görə, matçın başlamasına az qalmış “Legiya” azarkeşləri stadiona doğru yollansalar da, polis onları dayandırıb. Qarşıdurma nəticəsində 3 polis əməkdaşı yaralanıb. İlk hissədə bəzi azarkeşlərin stadiona soxula bildiyi iddia edilir.

“Legiya”da millimizin futbolçusu Mahir Əmrəli oynayıb. Yenilgi üzündən klubun çılğın fanatları futbolçumuza da xəsarət yetirməsi səbəbindən, o Polşanı tərk etmiş, sonradan Zaqreb “Dinamo”suna keçmişdi.

Həmin kateqoriyadan