“Legiya”nın idman direktoru: Agentlər Mahirin gələcək karyerasını zədələyirlər

Polşanın “Legiya” klubunun idman direktoru Yatsek Zelinski futbolçu Mahir Əmrəli ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, həmyerlimizin Dubay təlim-məşq toplanışına qarılmamasında, hücumçunun məsləhətçilərinin günahlandırıb:

“Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə axmaqlıq etmək cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil. Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir.

Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir və oyunçunu daha zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir”.

O, Mahirin adının Türkiyənin “Qalatasaray” və “Başağşəhər” və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubları ilə hallanması ilə bağlı bunu deyib: “Bu komandalardan təkliflər alırıqmı? Bilirəm ki, bu, agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Mahir azad agentdir. Bu, qətiyyən doğru deyil.

O, “Legiya”nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Əmrəliyə heç bir təklif gəlməyib”.

Həmin kateqoriyadan