“Leypsiq”in idman direktoru təsdiqlədi

Allsport.az xəbər verir ki, Maks Eberl, müdafiəçi Coşko Qvardiolun “Mançester Siti”yə keçmək istədiyini təsdiqləyib:

“Qvardiol və onun agentləri bizə “Siti”yə keçmək istədikləri barədə məlumat verdilər. Klubla danışıqlar aparırıq.

Müqavilənin dəyəri Coşkonu tarixin ən bahalı müdafiəçisi edəcək. Ancaq bu, bir neçə gün çəkə bilər”.

21 yaşlı Qvardiol 2021-ci ilin yayından “Leypsiq”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Həmin kateqoriyadan