- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Dünən Avroliqanın həlledici mərhələsində ilk turunun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” klubunun yer aldığı «J» qrupunda “Monako” səfərdə “Anderlext”lə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan matçdan sonra Fransa təmsilçisinin baş məşqçisi Leonardo Jardim maraqlı fikir səsləndirib. O, açıqlamasında “Qarabağ”ın oyununa da toxunub:
“Anderlext”lə səfərdəki nəticəni pis saymıram. Ən azından xalsız qayıtmırıq. Qrupdakı rəqiblərimiz hamısı güclüdür. “Tottenhem” – “Qarabağ” oyununa baxsaq, Azərbaycan təmsilçisinin bir ingilis klubuna qarşı necə yaxşı çıxış etdiyini görə bilərik. Onlar həqiqətən də layiqli mübarizə apardılar. Bizim bütün oyunlarımız çətin olacaq”.