- Baxış sayı: 12
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Lester”in vingeri Harvi Barns “Nyukasl”a keçib. Allsport.az saytı xəbər verir ki, tərəflər arasında 5 illik müqavilə imzalayıblar. Transferin dəyəri açıqlanmayıb.
Lakin keçid məbləği 38 milyon funt sterlinq olması ehtimal olunur. 25 yaşlı futbolçu “Lester”in yetirməsidir. Ötən mövsüm 40 oyuna çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Onun İngiltərə millisində də 1 oyunu var.