Levandovski “Barsa”nı istəyir

“Barselona”nın hücumçusu Robert Levandovski komandanı tərk etmək fikrində deyil.

Allsport.az xəbər verir ki, polşalı klubu və şəhəri sevir. Kataloniyalıların baş məşqçisi Xavinin hücumu bərpa etmək istəməsinə və Levandovski ona lazım olmadığını açıq şəkildə deməsinə baxmayaraq, Robert özü formasını yaxşı hesab edir. 35 yaşlı forvard hələ də yüksək səviyyədə oynaya biləcəyinə əmindir.

Bu mövsüm Robert Levandovski 45 matçda iştirak edib, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan