- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya super kubokunun finalında “Real Madrid”lə qarşılaşmada (1:4) qol vurub.
Allsport.az xəbər verir ki,bununla polşalı forvard 35 yaş, 146 günlə “el-klasiko” tarixində kataloniyalıların ən yaşlı qolçusu olub.
Sonuncu dəfə 1969-cu il sentyabrın 14-də Madrid klubunun yarımmüdafiəçisi Fransisko Gento “Barselona” və “Real” arasında keçirilən matçlarda fərqlənən belə yaşda futbolçu olmuşdu.