- Baxış sayı: 28
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

“Bentley” avtomobil markası formula-1-ə qoşulmaq imkanlarını nəzərdən keçirir. Allsport.az saytı f-1.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl “Bentley Motors” və “Bugatti”nin prezidenti və baş direktoru Volfqanq Dürhaymer bu yarışda çıxış etmək planlarını açıqlamışdı. O, hətta keçmiş rəhbərliyi qeyri-sabit reqlamentə görə tənqid etmişdi.
Lakin formula-1-ə “Liberty Media”nın gəlişi çempionatda bir çox məsələləri müsbət istiqamətdə dəyişə bilər. Buna görə də start düzülüşünə bir çox yeni avtomobil istehsalçılarının cəlb olunması gözlənilir. Bu günlərdə həmkarlarımız Volfqanq Dürhaymerdən formula-1-də “Bentley”in iştirakı ilə bağlı suallarına qısa cavab alıblar: “Biz belə bir variantı müzakirə edirik”.