- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf gələcəyi ilə bağlı qərar verib.
Allsport.az xəbər verir ki, isveçli futbolçu karyerasını başqa komandada davam etdirmək istəyir.
Lindelöf bu transfer pəncərəsində komandasını dəyişmək niyyətindədir, çünki son iki mövsümdəki oyun təcrübəsi onu qane etmir. “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyonun çalışdırdığı Türkiyənin “Fənərbaxça” komandasının 29 yaşlı müdafiəçinin xidmətində maraqlı olduğu bildirilirdi.