- Baxış sayı: 25
- 02 Mart 2026 14:29
- Baxış sayı: 124
- Mart 01, 2026
- 0

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Braziliyada davam etdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü ölkənin köklü klublarından olan “Korintians” ilə danışıqlar aparır.
Tərəflər arasında müzakirələr həlledici mərhələyə çatıb.
Yanvarda Cənubi Koreyanın “Seul” klubundan ayrıldıqdan sonra bir neçə təklifi dəyərləndirən 33 yaşlı futbolçunun transferinin yaxın 24 saat ərzində rəsmiləşəcəyi gözlənilir.