Lionel Messi: “Gələcəyimlə bağlı fantaziyalar qurmaq xoşuma gəlir”

Allsport.az xəbər verir ki, PSJ-nin və Argentina milli komandasının hücumçusu yenidən Fransa moda evinin yeni reklam kampaniyasının qəhrəmanı oldu.

“Bilmirəm, gələcək mənə nə gətirəcək. Mən bu barədə fantaziyalar qurmağı, nə baş verə biləcəyi barədə düşünməyi sevirəm. Amma əslində gələcəyimin necə olacağını bilmirəm. Lazım olduğu kimi olacaq. Tanrı istədiyi kimi” – Messi reklam çəkilişindəki qısa müsahibəsində qeyd edib.

Hücumçunun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədər davam edir. Onun “Barselona”ya qayıda biləcəyi bildirilib.

Həmin kateqoriyadan