- Baxış sayı: 42
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi millidəki gələcəyindən danışıb.
Allsport.az xəbər verir ki, 37 yaşlı futbolçu milli karyerasını bitirməyə tələsmədiyini deyib:
“Azarkeşlər adımı qışqıranda həyəcanlanıram. Burada olmağı və ölkəm üçün oynamağı çox sevirəm.
Milli komandada çıxışımı nə vaxt bitirəcəyimi bilmirəm. Sadəcə hər dəqiqənin həzzini və insanların sevgisini hiss etmək istəyirəm, çünki bilirəm ki, bu son oyunlarım ola bilər.
Yaşıma baxmayaraq, burada olanda uşaq kimi görünürəm. Nə qədər ki, özümü yaxşı hiss edirəm və kömək edə bilirəmsə, bunu etməyə davam edəcəyəm.”