- Baxış sayı: 34
- 27 Mart 2026 22:44
- Baxış sayı: 105
- Mart 27, 2026
- 0

Xəbər verdiyimiz kimi, AFFA və NFF-in birgə təşkilatçılığı ilə Azərbaycan birinciliyinin U-10, U-11, U-12, U-13 və U-14 liqalarında muxtar respublika üzrə region mərhələsinə bu gün start verilib. Allsport.az saytı xəbər verir ki, 5 liqa üzrə 34 komandanın heyətində yarışda 600-ə yaxın uşaq və yeniyetmə mübarizə aparır.
Ümumilikdə 3 məkanda – Uzunoba TMK-də, Şərur olimpiya kompleksində və Ordubad şəhər stadionunda baş tutacaq 110 oyunu bölgəni təmsil edən hakimlər idarə edir. Sonda 2 yaş qrupunun (U-13 və U-14) qalibi Bakıda keçiriləcək Azərbaycan birinciliyinin pley-off mərhələsinə vəsiqə qazanacaq.