- Baxış sayı: 11
- 31 Mart 2026 10:00
- Baxış sayı: 544
- Mart 30, 2026
- 0

Sərxan Hacıyev AFFA lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsindən ayrılıb. Allsport.az xəbər verir ki, bu barədə Hacıyevin özü report.az-a məlumat verib. O, Elçin Məmmədovun yenidən bu posta qayıtdığını bildirib:
“Uzun müddət lisenziyalaşdırma qrupuna Elçin müəllim rəhbərlik edib və həmin şöbədə çalışıb. O, 2017-ci ildə AÇ-2020 layihəsi ilə bağlı UEFA-dan dəvət aldı və qurumun əməkdaşı kimi çalışırdı. Layihə bitdi, artıq 1,5 aydır AFFA-ya geri dönüb və lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsinə təyin olunub”.
Hacıyev özünün lisenziyalaşdırma qrupunda yer almadığını və AFFA-da baş katibin müavini kimi işinə davam edəcəyini sözlərinə əlavə edib.