Litva çempionu “Neftçi”də

“Neftçi” qısa zamanda daha bir transferi həyata keçirib. Allsport.az saytı xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi yeni komandasının heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Jalgiris” (Litva, 2016-2018) olan Mbodj “Dakar Sakre Kour” (Seneqal, 2011-2014), “Srvena Zvezda” (Serbiya, 2014-2016), “Napredak”da (Serbiya, 2014) çıxış edib.

“Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “ağ-qaralar” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3-illik müqavilə bağlamışdı.

Həmin kateqoriyadan