- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Liverpul”un bir neçə futbolçusu yay transfer pəncərəsində klubu tərk edəcək. Bu barədə “Mersisaydlılar”ın rəsmi saytında məlumat verilib.
Allsport.az xəbər verir ki, hücumçu Roberto Firmino, yarımmüdafiəçilər Nəbi Keyta, Ceyms Milner və Oksleyd Çemberlenin klubu tərk edəcək.
Firmino və Milner 2015-ci ildən, Keyta 2018-ci ildən, Oksleyd Çemberlen isə 2017-ci ildən klubda çıxış edir. Onların müqavilələri bu mövsümün sonunda başa çatır.
Futbolçular Liverpula gələndən bəri klub ÇL və premyer liqanın qalibi olub.
İngiltərə təmsilçisi bu mövsüm premyer liqada beşinci yerdədir. “Mersisaydlılar” çempionlar liqasındakı çıxışlarını isə 1/8 final mərhələsində “Real Madrid”ə uduzaraq tamamlayıb.