- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Mançester Yunayted”in qapıçısı David De Xea dünən premyer liqanın 26-cı turunda “Liverpul”dan 7 qol buraxıb.
Allsport.az xəbər verir ki, o, oyundan sonra İnstaqram səhifəsində azarkeşlərə müraciət edib.
“Mən başa düşürəm ki, belə bir vəziyyətdə bu cür mesajlar çox uyğun deyil. Bu məğlubiyyət bizim üçün fəlakət oldu. Sadəcə olaraq, belə bir nəticə göstərmək yolverilməzdir. Bizim bu klub qarşısında öhdəliklərimiz var, bu loqoya cavabdehik.
Qarşıda hələ çox matçlar var, diqqətimizi gələcəyə yönəltməliyik”.