“Liverpul”dan 90 milyon tələb edirlər

“Liverpul” klubu “Bornmut”un fransalı hücumçusu Eli Krupini yayda heyətinə qatmaq istəyir.

Allsport.az xəbər verir ki, “gilaslar” gənc oyunçu üçün təxminən 80-90 milyon avro tələb edirlər.

19 yaşlı forvarda eyni zamanda “Çelsi”, PSJ və “Real Madrid” də iddialıdır.

Cari mövsümdə 22 oyunda 8 qol vuran Krupinin “Bornmut”la 2030-cu ilə qədər müqaviləsi var.

Həmin kateqoriyadan