Londonda yaşayan idmançı həmyerlimiz ordakı azərbaycanlıları “Qarabağ”a dəstək olmağa səsləyib

Londonda yaşayan həmyerlimiz Hafiz Baxşəliyev britaniya azərbaycanlılarını “Qarabağ” klubunun çempionlar liqasının qrup mərhələsinin ilk görüşündə “Çelsi” ilə səfər matçında dəstək olmağa çağırıb. Allsport.az saytı xəbər verir ki, “Qafqaz” idman klubunun rəhbəri öz feisbuk səhifəsində bunu qeyd edib:

“”Qarabağ “futbol klubu tarix yazaraq Avropanın ən nüfuzlu futbol çempionatına vəsiqə qazanmışdır. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.

Qrupdakı rəqiblərimiz nə qədər güclü olsa da “Qarabağ” futbolçularının öz imanı, əzmkarlığı və var gücü ilə mübarizə aparacağına inanıram.

İlk oyun 12 Sentyabr Londonda “Çelsi” ilə olacaq.
Britaniyada yaşayan Azərbaycanlıları birlik olub bizə bu sevinci yaşadan “Qarabağa” dəstək olmağa dəvət edirəm”.

Həmin kateqoriyadan