Luçeskudan dünya rekordu

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku dünya futbolunda unikal bir nailiyyətə imza atıb.

Allsport.az xəbər verir ki, mütəxəssis milli komandalar tarixində ən yaşlı baş məşqçi statusunu qazanıb. DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsi çərçivəsində keçirilən Türkiyə ilə oyunda (0:1) komandasına rəhbərlik edən Luçeskunun 80 yaş 7 aylıq olduğu qeyd edilib.

Bununla da rumıniyalı mütəxəssis Kuk adaları yığmasının keçmiş baş məşqçisi Alan Teylorun (80 yaş 6 ay) rekordunu geridə qoyub.

Həmin kateqoriyadan