- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin keçmiş baş məşqçisi Lüis Enrike “Napoli” ilə işləməkdə maraqlıdır.
İddia olunur ki, Enrike daha əvvəl “Çelsi”yə baş məşqçilik etmək təklifini rədd edib.
Lüis “Roma”da işlədiyi vaxtdan İtaliyanı çox sevir və hələ də tez-tez bu ölkəyə tətilə gedir. Onun burada çoxlu dostları var. Mütəxəssis yenidən bu ölkənin komandası ilə işləmək istəyir.
Enrike DÇ-2022-dən sonra İspaniya millisindən ayrılıb. O, həmin vaxtdan bəri işsizdir.