- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ayfelyanın (Almaniya) Nürburqrinq trasında Formula1 dünya çempionatı çərçivəsində 11-ci mərhələ sona çatıb. Allsport.az saytı xəbər verir ki, 60 dairənin yekununda Lüis Həmilton hamını ötüb.
Titullu pilot qələbəyə 1:35:49.641 saniyə vaxt sərf edib. Britaniyalı sürücü bununla da karyerasında 91-ci dəfə zirvəyə çıxıb. O bu nəticə ilə 7-qat dünya çempionu Mixael Şumaxerin rekordunu təkrarlayıb.
“Red Bull Xonda”dan Maks Ferstappen ötən mükafat yarışı, Soçidə olduğu kimi, 2-ci yer tutub. İlk üçlüyü “Renault”un sürücüsü Daniel Rikkardo qapayıb.
Növbəti ötüşmə 2 həftə sonra Portuqaliyanın Portimau trasında olacaq.