- Baxış sayı: 94
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 84
- Dekabr 05, 2025
- 0

Formula1-in 17-ci mərhələsində qalib adını yenə Lüis Həmilton qazanıb. Allsport.az saytı xəbər verir ki, “Mersedes”in sürücüsü ABŞ qran-prisində xallarını 331-ə yüksəldib. Bundan öncə o, Tokioda qələbəni bayram etmişdi. Cəmdə Həmilton 9 mərhələnin qalibi olub.
İndi Lüis ən yaxın rəqibindən 66 xal öndədir. Britanilalı pilotun növbəti, Meksika yürüşündə ilk 5-likdə yer tutması dünya çempionluğu üçün kifayət edəcək.
2-ci yeri son 4 mükafat yarışında uğursuz çıxış edərək öncüllüyü əldən verən Sebastyan Fettel tutur. Onun 265 xalı var. İlk 3 yeri “Ferrari”nin digər üzvü Kimi Rəykkönen tutub.