- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ötən 2 mövsümdə Azərbaycan qran-prisində problemlərimin yaranmasına baxmayaraq, Bakıda tras əladır. Bu, maraqlı uik-end idi. Mən orada əvvəlkindən daha yüksək nəticələrə nail olmaq istəyirəm”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Mercedes”in sürücüsü Lüis Həmilton deyib. Britaniyalının fikrincə, maşının sürətinin az olmasına baxmayaraq, ötən il yürüşü qazanmaqda bəxti gətirib: “Mən Valtteri Bottasın və xüsusilə “Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”.
Xatırladaq ki, dünya çempionatının 1000-ci yürüşü olan Çin qran-prisində Lüis qalib olub, “Mercedes” komandası ardıcıl 3-cü qələbə dublunu bayram edib.