- Baxış sayı: 94
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0
Formula1 üzrə dünya çempionatının 10-cu yarışı, Böyük Britaniya qran-prisini “Mersedes” sürücüsü Lüis Həmilton qazanıb. Allsport.az saytı xəbər verir ki, pilotlar Silverstounda 5891 metrlik trasda 52 dövrə vurublar.
Britaniyalı pilot 1 saat 21 dəqiqə 27,430 saniyəlik nəticə ilə hesabına növbəti 25 xal yazdırıb. Liderdən 14,063 saniyə geri qalan Valtteri Bottas (“Mersedes”) yarışı 18 xalla 2-ci pillədə başa vurub. İlk üçlüyü qalibdən 36,570 saniyə sonra finişə çatan Kimi Rəykönnen (“Ferrari”, 15 xal) tamamlayıb.
Çempionatın 11-ci yarışı, Macarıstan qran-prisi iyulun 28-30-da keçiriləcək.