- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Meksika qran-prisində “Mersedes”in sürücüsü Lüis Həmiltonun finişə 9-cu çatması, onun vaxtından əvvəl qalib olmasını əngəlləməyib. Allsport.az saytı xəbər verir ki, qazanılan 2 xal (cəmdə 333) britaniyalı pilotun formula1 tarixində 5-ci 4-qat dünya çempionu olmasına bəs edib.
Lüis cari mövsüm 9 dəfə finişə hamıdan öncə çatıb. O, 3 dəfə 2-ci olub. “Mersedes”in liderini rəqabətin əvvəlində Sebastyan Fettel üstələyib. Almaniyalı sürücü xeyli müdət zirvəni heç kimə buraxmayıb. Amma 14-cü, Sinqapur mükafat yarışından başlayan uğursuzluq onu sonda 2-ci edib (277).
Mübarizənin bitməsinə 2 qran-pri (Braziliya, Əbu-Dabi) qalıb. Siyahıda 3-cü sırada 262 xalla “Mersedes”in finlandiyalı pilotu Valtteri Bottas qərarlaşıb.