- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0
“Mersedes” komandasının üzvü Lüis Həmilton yeni müqaviləyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, onun 2019-2021-ci illər üçün imzalayacağı sənəd Formula1 tarixində ən bahalı anlaşma ola bilər. Söhbət 3 il müddətinə 184 milyon, hər mövsümdə 60 milyon dollardan gedir.
“Mersedes”in rəhbəri Toto Volff deyib: “Sözləşmənin incəlikləri razılaşma tələb edən yüz səhifədən artıq mətndən ibarətdir. Biz də hazırda bunun üzərində işləyirik”.
Son dünya çempionu öz növbəsində, “Mersedes”də hamı onun başqa komandaya keçməyəcəyini yaxşı bildiyini deyib.