- Baxış sayı: 66
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 141
- Fevral 02, 2026
- 0
“Mersedes komandasının üzvü Lüis Həmilton Monako mükafat yarışında əla iş görüb və yarışa yaxşı nəzarət edib.
Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, britaniyalı sürücü mübarizəyə 13-cü yerdən başlasa da, yekunda 7-ci olub və qızıl dəyərində 6 xal qazanıb:
“Monakoda çox xal itirdim. Lakin 13-cü başlayıb qəza etmədən 7-ci oldum və vacib xallar qazandım. Əsas məqsədimiz zərəri minimuma endirmək idi və bunu edə bildik. Yarışa yaxşı nəzarət etdim. Bolid yarışda daha yaxşı təsir bağışladı.
Hücum etmək mümkünsüz olduğu üçün 7-ci yer mükəmməldir. SuperSoft təkərlərdə sürmək narahat olsa da, mənə çox təsir etmədi. Burada ötmə mümkünsüz olduğu üçün təkərlərdən danışmaq yersizdir”.