Lüis Həmilton: «İndi sadəcə göyün 7-ci qatındayam»

Lüis Həmilton Monreal trasında karyerası ərzində 6-cı qələbəsini bayram edib. Allsport.az saytı xəbər verir ki, «Ferrari»nin qarşılaşdığı əngəl üzündən, əməli olaraq, bu mübarizədə onun rəqibi olmayıb.

«Kanada tamaşaçılarına minnətdarlığımı bildirirəm. İldən-ildən tribunalarda insanları say artır və, biz onlardan böyük energi alırıq. Hesab etmirəm ki, başqa traslarda belə dəstəyi hiss edək.

Monrealın mənə özəlliyi var: 10 il öncə məhz burada ilk qələbəmi qazanmışam. Komandama təşəkkür edirəm, onlar əllərindən gələn hər şeyi etdilər. Bu dəfə «Ferrari»ni sıradan çıxar bilidk. İndi sadəcə göyün 7-ci qatındayam».

 

Həmin kateqoriyadan