“Lüis Həmilton karyerasını başa vurmayacaq”

Allsport.az saytı xəbər verir ki, Bəhreyndə yarışdan əvvəl 7-qat dünya çempionu karyerasını bitirmək fikrində olmadığını açıqlayıb. İlk mərhələdən sonra, V-14 modelinin mübarizəyə davamlı olmadığı aşkar olunub. ”Mersedes” komandasının rəhbəri Toto Volfdan hazırkı vəziyyətə görə Lüis-ın kollektivi tərk edəcəyi suallarına aydınlıq gətirib:

”Məncə indi pilotlar ilə 2024-cü il haqqında müzakirə aparmaq məntiqsizdir. Biz pilotlar ,mühəndislər, mexaniklər, rəhbərlər eyni istiqamətdə hərəkət etməliyik. Təslim olmamalıyıq. Biz heç vaxt belə etməmişik və etməyəcəyik. Lüisə gəldikdə isə, siz radiodanışıqlar haqqında bəhs edirsiniz. O, bizim komandamızın ayrılmaz hissəsidir.

İnanmıram ki, mövsümü pis başladığımız üçün onunla problemimiz olacaq. Biz birlikdə 8 Mühəndislər kubokunu qazanmışıq. Münasibətimiz yaxşıdır. Pilotların daha sürətli bolid ilə təmin olunması üçün, daha çox çalışaçağıq”.

Həmin kateqoriyadan