- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Bu gün Portuqaliyanın Portimau trasında Formula1 dünya çempionatının 12-ci mərhələsi bitib. Allsport.az saytı xəbər verir ki, 66 dairənin yekununda yenə Lüis Həmilton 1-ci olub.
“Mersedes”in pilotu qələbəyə 1:29:56.828 saniyə vaxt sərf edib. Britaniyalı sürücü bununla da karyerasında 92-ci qələbəsini qazanaraq, 7-qat dünya çempionu Mixael Şumaxerin rekordunu qırıb.
Onun komanda yodaşı Valtteri Bottas finişə 2-ci çatıb. “Red Bull Xonda”dan Maks Ferstappen ilk üçlüyü qapayıb.
Növbəti ötüşmə 1 həftə sonra İtaliyanın Emiliya-Romanya şəhərinin İmola trasında olacaq.