“Lüis Həmiltonun yaddaşı zəifdir”

Allsport.az saytı xəbər verir ki, övsümün ilk yarışlarında “Red Bull” komandasının 2 qələbə dublundan sonra, RB-19 modelindən bəhs edən Lüis Həmilton çempionatda heç bir bolidin belə sürətli olmadığını vurğulamışdı. “Aston Martin” kollektivinin pilotu Fernando Alonso Fransanın “L’Equipe” qəzetinə bu haqda açıqlama verib:

”Son illər davam edən böyük üstünlük Mercedes” in tərəfində olub. Bu nəticə hibrid elektrik stansiyalarına keçdiyi andan 2014-2020 ci ilədək yeddi il ardıcıl davam edib. Bu il Səudiyyə Ərəbistanında mən Serxio Peres və Maks Verstappendən 20 saniyə geridə qaldım, lakin 2014 və 2015-ci illərdə Lüis Həmilton və Niko Rosberq hamıdan bir dəqiqə öndə idilər.

İki-üç dövrədən sonra mühərrikləri xilas etmək üçün, sürəti zəiflədirdilər. Lüisin yaddaşı zəifdir. Çox güman, artıq qocalır. Sıravi bir bolidi ötəndə onun da zəif tərəflərinin olduğu nəzərə çarpır. Əvvəllər o, heç kimlə yarışmırdı. Əlbətdə ki, istisna hallar olmaqla,rəqibi ilə trasda mübarizə aparan zaman.

Həmilton ən çox poul mövqelərini qazanmış pilot kimi rekord sahibdir. Bu mövsüm komanda yoldaşı Corc Russell ondan irəlidədir. Həmilton qalib gəlməyi heç də unutmasada, nəticənin boliddən nə qədər asılı olduğu onun vacib və müəyyənedici amil olduğunu subut edir”.

Həmin kateqoriyadan