Lük Şounun son durumu

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt keçirdiyi mətbuat konfransında komandanın sol cinah müdafiəçisi Lük Şounun Avro-2024-də növbəti matçda oynaya bilməyəcəyini bildirib.

Allsport.az baş məşqçinin açıqlamasını təqdim edir:

“Lük bu gün iştirak etməyəcək, lakin onun sağalması əvvəlcə qeyd etdiyimiz plana uyğundur.

Bir az daha işləmək lazımdır. Elə günlər olur ki, başqalarından daha çox iş görməlidir. Hələ də başqaları ilə ünsiyyət qurur, öz proqramı ilə işləyir”.

Həmin kateqoriyadan