Lukaku Səudiyyə Ərəbistanının illik 30 milyon avroluq yeni təklifini rədd edib

Romelu Lukaku Səudiyyə Ərəbistanının yeni təklifini qəbul etməyib.

Allsport.az xəbər verir ki, daha əvvəl “Çelsi”nin hücumçusunun Səudiyyə klubu ilə illik 25 milyon avroluq müqavilə imzalamadığı məlum olub.

Yeni müqaviləyə əsasən futbolçuya təklif olunan maaş 30 milyon avroya qədər artırılıb, müqavilənin müddəti isə uzadılıb. Bu, Romelunun Avropada qalmaq istəyinə təsir etməyib.

Lukaku 30 yaşında Səudiyyə Ərəbistanına getməyi vaxtından əvvəl hesab edir və ən azı 2026-cı il dünya çempionatının sonuna qədər Avropanın yüksək liqalarında oynamaq istəyir.

Həmin kateqoriyadan