- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Rusiyalı qapıçı Andrey Lunyov “Qarabağ”dan niyə ayrıldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına müsahibə verib:
-Uğurlu mövsümdən sonra “Qarabağ”dan niyə ayrıldınız?
-Bu qərarı klubla birlikdə vermişik.
-Bu kimin təşəbbüsü idi?
-Bu, birgə qərar idi, hoca ilə danışdım. Bir-birimizi eşitdik və qərara gəldik. Klub mənimlə razılaşdı.
-Keçmiş nümayəndənizin bəzi açıqlamaları bütün bunlara nə dərəcədə mənfi təsir göstərdi?
-Qətiyyən.
-Yəni, ilk növbədə ailə məsələsi rol oynadı?
-Bu, vacib amil oldu. Bu, məşqçiyə də dediyim prioritet məqamdır.