- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
İsveçrənin “Lütsern” klubunun müdafiəçisi Tomislav Pulyiç komandaya qayıtmasından danışarkən qeyd edib ki, o, bir sıra ölkələrlə yanaşı, Azərbaycandan da təklif alıbmış. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Ayrılmaq asan olmadı. “Lütsern”də qalmaq istəyirdim. Klubsuz olduğum dövrdə Xorvatiyada fərdi qaydada məşq edirdim. Həmin dövrdə həyat yoldaşım da hamilə idi. Onun bir sıra çətinlikləri olduğundan xeyli müddət xəstəxanada yatmalı oldu. Bu müddət ərzində bir sıra ölkələrdən təklif aldım. Azərbaycandan da təklif var idi. Amma onlardan imtina etdim. İndi oynamağımdan razıyam. Mövsümün ikinci yarısında komandama kömək edə biləcəyəm”.