- Baxış sayı: 11
- 25 Noyabr 2024 10:13
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Gündə iki dəfə məşq edirik, hər şey yaxşıdır. Qarşıda yoxlama oyunumuz da var”. Allsport.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Məhərrəm Hüseynovdur.
Klubun mətbuat xidmətinə açıqlama verən müdafiəçi Yevlaxdakı təlim-məşq toplanışından danışıb: “Məşq edirsənsə, yoğrunluq olmalıdır. Yorulmamısansa, deməli, yaxşı məşq etməmisən. Mən belə başa düşürəm. Hazırlıqda yükləmə bir az çoxdu deyə yorğunluq qaçılmazdır”.
Məhərəm Hüseynov iki il öncə “Kəpəz” elitada çıxış edəndə komandanın sıralarında olub. Cari mövsümün əvvəlində futbolçu yenidən doğma klubuna qayıdıb: “Vaxtımı gözləyirəm, vaxt gələndə mən də oynayacağam. Özümü yalnız məşqdə yox, oyunlarda da göstərmək istəyirəm. Bir gəncəli olaraq tezliklə yerli publikanın önündə meydana çıxmaq arzumdur. Həmişə demişəm ki, buna həvəsliyəm. Gəncədə dolu tribunalar önündə oynamaq ayrı şeydir. Əvvəllər “Kəpəz”də bu ab-havada oynamışam. Yenə bu istəkdəyəm”.