- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola premyer liqanın ona mövsümün ən yaxşı məşqçisi mükafatını vermək qərarını şərh edib.
Allsport.az xəbər verir ki, bu barədə o, liqanın mətbuat xidmətinə açıqlama verib:
“Mən bu mükafatı bölüşmək istəyirəm! Xüsusilə son tura qədər etdiyi inanılmaz iş üçün Mikel Arteta ilə. Bizi hüdudlarımıza qədər itələdi.
Əlbəttə, həm də Yurgen Klop ilə illər ərzində unudulmaz döyüşlər üçün. Unai Emeri ilə də”.