- Baxış sayı: 72
- 27 Sentyabr 2024 23:10
- Baxış sayı: 72
- Sentyabr 27, 2024
- 0
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş gələcəyi ilə bağlı sualları cavablandırıb.
Allsport.az xəbər verir ki, bu barədə o, “Daily mail”ə açıqlama verib:
“Yayda klubu tərk edə bilərəmmi? Mən burada olacam. Klubun mənə ehtiyacı var. Həmişə demişəm ki, kluba lazım olan kimi burada olmaq istəyirəm. Əgər nədənsə “Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm.
Mövsümün sonu? Aydındır ki, iş hələ başa çatmayıb. Premyer liqada hələ bir oyunumuz var, sonra isə mövsümün ən vacib oyunumuz var – İngiltərə kubokunda”.