- Baxış sayı: 18
- 24 Noyabr 2024 14:57
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, “Barselona”nın və Polşa millisinin 35 yaşlı hücumçusu Robert Levandovski karyerasını bitirmək barədə düşünmədiyini bildirib.
“Yaş sadəcə bir rəqəmdir. Səhər yuxudan duranda özümə demirəm ki, belim ağrıyır, analizlərimə baxanda hər şey yaxşıdır. Bəzən əvvəlkindən də yaxşı olurlar. İndiki idmanı iyirmi il əvvəlki idmanla müqayisə edə bilmərik. Hazırlığımı daim təkmilləşdirirəm. Mən nə etməli olduğumu dəqiq bilirəm və özümü komandadakı gənclərlə müqayisə etsəm, hələ çox enerjim var.
Mən hələ də qol vurmağı sevirəm və hələ futbolda hər şeyi öyrənməmişəm. Daha uzun illər oynamağa davam edə bilərəm, amma hər şeyin bir sonu olduğunu bilirəm. Karyeramın sonunda məşqçi olacağımı düşünmürəm, baxmayaraq ki, bəlkə də soyunub-geyinmə otağına o qədər darıxacağam ki, fikrimi dəyişəcəyəm.