- Baxış sayı: 0
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 59
- Noyabr 25, 2024
- 0
Premyer liqanın XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, 51 yaşlı mütəxəssis matç barədə bunu deyib:
“İlk qol texniki səhvdən oldu. İkinci isə riskə getmişdik, irəli atılmışdıq. Həmin epizodda Marko Yankoviçə qarşı qayda pozuntusu var idi. Mən idarəçiliyə irad bildirmirəm, amma hakimlər diqqətli olmalıdırlar. “Araz-Naxçıvan” bu gün 3 xala layiq idi.
“Qarabağ”ın Xankəndidə oynaması dövlət, federasiya səviyyəsində olan məsələdir. Hansı qərar qəbul edilsə, biz “Qarabağ” olaraq buna hazırıq. Məğlub oluruqsa, bunun səbəbini özümüzdə axtarmalıyıq.
Yəqin ki, hansısa oyunlarda nəticə üçün oynamağı bacarmırıq, rotasiyalar özünü doğrultmur. Böyük klublar o qədər uduzublar, titulsuz qalıblar, çempionluğu əldən veriblər. Bu, qarşıdakı oyunlarda bizim üçün daha böyük motivasiyadır, məsuliyyətdir ki, futbolçular daha ciddi olmağın vacibliyini hiss etsinlər
Rəqibi təbrik edirəm. Çox istəkli idilər və layiqli qələbə qazandılar. Futbolçularımın ilk dəqiqələrdən oyuna yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr gözləniləndir. Qarşıdakı matçlara hazırlaşacağıq. Psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşsaq, faydalı olar. Qarşıdakı görüşlərdə bunları aradan qaldıracağıq. Komanda bir az oyun ritmindən düşüb. Bunu bərpa edəcəyik”.