“Mən onu niyə işdən çıxardım?”

Allsport.az xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio de Laurentis baş məşqçi Rudi Qarsiyanın niyə qovduğunu açıqlayıb:

“Mən onu niyə işdən çıxardım? Empoli ilə oyundan (0:1) əvvəl soyunub-geyinmə otağına girdim və ondan heyətinə arxayın olub-olmadığını soruşdum. Cavab verdi: “Bəli… Bu mənim işimdir!” Əgər o tonda cavab alırsansa, ya onu qovursan, ya da həbsə girirsən.

Fasilədə ona demək üçün paltardəyişmə otağına getdim: “Nə edirsən? Nə cəhənnəm etmək istəyirsən? İşdən çıxarılmaq istəyirsən? Hər şey beləcə bitdi. Qarsiya məni həmişə heyəti ilə təəccübləndirib. Sonda mən onu rədd elədim”.

Həmin kateqoriyadan