“Mən pis oynamışam?”

“Çelsi”nin və İngiltərə millisinin yarımmüdafiəçisi Koul Palmer müsahibin milli komandadakı çıxışı ilə bağlı sualına sərt cavab verib.

Allsport.az xəbər verir ki, Palmerlə müsahibə zamanı “Talksport” jurnalisti qeyd etdi ki, o, Koulun meydanda “çox fikirləşdiyini” düşünür.

-Çox düşünürəm?

-Futbol oynamağı nəzərdə tuturam.

-“Sən elə bilirdin ki, mən pis oynamışam?” Palmer cavab verdi.

Bundan sonra hər ikisi gülsə də, futbolçu zarafat etdiyini əlavə edib.

“Bilmirəm. Bəlkə haqlısan. Düşünmədən oynadığım zaman bu, mənim ən yaxşı futbolumdur” deyib Palmer.

Həmin kateqoriyadan