“Mən sehrbaz deyiləm”

“Çox güclü rəqibə qarşı oynayırdıq. Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi”. Allsport.az xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçməsində Portuqaliya ilə Bakıda keçirilən oyundan (0:3) sonra mətbuat konfransında deyib. Sitat:

“Bu gün rəqiblə aramızda texniki və fiziki fərqi yəqin ki, gördünüz. Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Topla necə davranırlar, qorxmadan oynayırlar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi.

Mövsümün əvvəli olduğu üçün bəzi futbolçuların fiziki cəhətdən tam hazır olmadığı görünür. Dünən də oyunun asan keçməyəcəyini bildirmişdim. Mən sehrbaz deyiləm. Bura gələndə hansı çətinliklərlə üzləşəcəyimi bilirdim. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır”.

Həmin kateqoriyadan