“Məncə bu gün öz “səhvimi yuya” bildim”

Premyer liqanın 21-ci turunda “Kəpəz” Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Gəncəlilərin heyətində Ehtiram Şahverdiyev dublla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, oyundan sonra 27 yaşlı sol cinah müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.

-Fasilədən sonra komandada yüksəliş sezilir.

-Komandada hər kəs Adil müəllimin və köməkçi məşqçilərin tələblərini ürəklə yerinə yetirir. Məşqlərdə səhvlərimizin üzərində işləyirik və nəticədə ortadadır.

-Bu oyunda 2 dəfə fərqləndin, lakin “Qarabağ”la oyunda penaltiyə səbəb olmuşdun və komanda məğlub olmuşdu. Səncə, öz “səhvini yudun”?

-Heç bir futbolçu istəməz ki, komandasının məğlubiyyətində rol oynasın. Hər bir oyunçu istəyir ki, bütün oyunlarda qələbə qazanılsın. Bu oyunda da 2 qol vurdum. Ən əsası odur ki, qələbə qazandıq. Bu qolları vurandan sonra uduzsaydıq bunun bir mənası olmazdı. Şükürlər olsun ki, həm qol vurdum, həm də qələbə qazandıq. “Qarabağ”la oyunda ani diqqətsizlik penaltiyə səbəb oldu. Məncə bu gün öz “səhvimi yuya” bildim.

– Bu tərzdə qollar vuracağını öncədən hiss edirdinmi?

-Qol vurduğum epizodlarda bəli, hiss elədim.

-İlk vurduğun qola, ölkə çempionatında rahatlıqla rast gəlinmir…

-Belə bir şey var ki, mən əvvəllər hücumçu kimi oynamışam. Ona görə qolları hiss etmək qabiliyyəti var məndə.

-Hal-hazırda müdafiədə çıxış edirsən. 2 qol vurdun və komandanın qələbəsində əsas pay sahibi oldun. Bunu sənin karyeravın oyunu kimi qiymətləndirmək olarmı?

-Belə deyim, bununla kifayətlənmək olmaz. Məncə, daha da çox işləyib daha yaxşı formada olmaq olar.

Həmin kateqoriyadan