- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Araz-Naxçıvan” premyer liqanın 4-cü turunda Bakıda “Sumqayıt”la 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov açıqlama verib:
“İki fərqli hissə izlədik. Birinci hissədə boşluqlar verdik, xüsusilə də yarımmüdafiə xətti tapşırıqları tam şəkildə yerinə yetirə bilmədi. İkinci hissədə isə çoxsaylı qol epizodlarımız oldu. Həm cinahlardan, həm də orta xətdən məhsuldar ötürmələr etdik. Məncə, bu gün “Sumqayıt” 1 xal qazandı.
İkinci hissədə tam fərqli oyun nümayiş etdirdik. Halbuki həmin oyunu fasiləyə qədər də göstərməli idik. Birinci hissədə edə bilməməyimizin səbəbi oyunçuların rəqibin epizodik açılmalarını tam izləyə bilməməsi idi.
Elə olurdu ki, bir hücumçunu 2 oyunçumuz tuturdu. Tapşırığımız isə bu idir ki, müdafiəçilər birəbir oynasınlar. Rəqib hücumçunun mərkəzə açılması futbolçularımızı yanıldırdı. Bunu ikinci hiddədə etdik və bəhrəsini gördük. Premyer Liqada keçirdiyimiz 4 oyun ərzində ən zəif hissəni oynadıq.
Çatışmayan cəhətlərimiz var. Çempionata ən gec qoşulan komandayıq. Transfer məsələsinə gəldikdə, yeni hücumameyilli oyunçunun keçidi gözlənilir. Səhv etmək istəmirik. Heyətimizdə oyunçu sayı azdır. Buna görə də rotasiyalar etməyə məcburuq”.