“Məni narahat edən ardıcıl məğlubiyyətlər idi”

“Keşlə” premyer liqasının 17-ci turunda evdə “Qarabağ”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov bunu söyləyib:

“Məni narahat edən ardıcıl məğlubiyyətlər idi ki, komandada ruh düşkünlüyü olmasından qorxurduq. Bunun üzərində çox çalışdıq. Futbolçulara mütəmadi xatırlatdıq ki, oyunumuzda aqressivlik, istək lazımdır.

Oyundan-oyuna daha yaxşı olmaq üçün neqativ halları beynimizdən atmalı idik. Başa düşürük ki, “Qarabağ” çox güclü komandadır. Buna rəğmən oyunçularımız ilk dəqiqədən sona kimi meydanda məsuliyyətli oldular.

Onların xarakter göstərməsini, döyüşməsini istəyirəm. Bu gün bunları meydanda gördüm. Qol imkanlarımız da oldu, yararlana bilmədik. Önəmlisi odur ki, həftəboyu çalışmalarımıza uyğun olaraq, futbolçularımız meydanda əzmkarlıq nümayiş etdirdilər”

Həmin kateqoriyadan