- Baxış sayı: 144
- 15 Dekabr 2025 19:47
- Baxış sayı: 80
- Dekabr 17, 2025
- 0

Yüngül atletika üzrə səkkizqat olimpiya çempionu Hüseyn Bolt açıqlama verib.
Allsport.az xəbər verir ki, yamaykalı sprinter peşəkar idmandan sonra məşğul olduğu hobbilərindən danışıb.
Bolt musiqi ilə maraqlanır və bir neçə il əvvəl “Country Yutes” adlı debüt albomunu buraxıb.
“Məqsədim “Qremmi” qazanmaqdır. Bekar olmaq xoş deyil. Dostlarımla gündə 6 saat domino oynayıram”, – deyə keçmiş sprinter bildirib.
Hüseyn Bolt ardıcıl üç olimpiadada 100 və 200 m məsafəyə qaçışda qalib olmağı bacaran yeganə idmançıdır.