- Baxış sayı: 14
- 21 Noyabr 2024 17:24
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Mərakeş millisinin müdafiəçisi Yəhya Attiyat-Allah, yeni mövsüm başlamazdan əvvəl “Soçi”ni könüllü tərk edib. Allsport.az saytı xəbər verir ki, Rusiya klubunun baş direktorunun inkişaf üzrə müavini Andrey Orlov baş verənlərə aydınlıq gətirib:
“Əvvəlcə o, təlim-məşqə gəlmədi. Kovid olduğuna dair sertifikat göndərdi. Biz ona maaş verməyəcəyimizi bildirdik. Beləliklə, onun xəstəliyi 2 günə keçdi. Amma Sankt Peterburqdakı toplanışından sonra futbolçu yoxa çıxıb və “Ural”la oyun üçün komanda ilə Yekaterinburqa uçmayıb.
Sonda onun İstanbulda olduğu üzə çıxıb. Dünən axşam mən ilk dəfə Misir televiziyasında çıxış etməli, futbolçunun və agentin davranışı barədə danışmalı oldum.
Yəhya çıxıb Misirin “Əl-Əhli” komandasına getmək istəyir. Aprel ayından bu xəbər çıxandan sonra klub mənimlə əlaqə saxlamasa da, jurnalistlər hər gün mənə yazırlar”.